ArazNews
Ana Səhifə / İran / Qida və Dərman Təşkilatının rəisi Mehdi Pirsalehi: strateji dərman ehtiyatlarının bir hissəsi 40 günlük müharibədə istifadə olunub
İran

Qida və Dərman Təşkilatının rəisi Mehdi Pirsalehi: strateji dərman ehtiyatlarının bir hissəsi 40 günlük müharibədə istifadə olunub

Qida və Dərman Təşkilatının rəisi Mehdi Pirsalehi: strateji dərman ehtiyatlarının bir hissəsi 40 günlük müharibədə istifadə olunub

İslam Respublikasının Qida və Dərman Təşkilatının rəisi ölkənin strateji dərman və tibbi avadanlıq ehtiyatlarının bir hissəsinin 40 günlük müharibə zamanı istifadə olunduğunu bildirib. Mehdi Pirsalehi deyib ki, bu ehtiyatlar böhranlı və fövqəladə vəziyyətlər üçün nəzərdə tutulub, lakin onların bir hissəsi son müharibə zamanı yaranan ehtiyacların ödənilməsi üçün işə salınıb.

O əlavə edib ki, İran son bir ildə iki müharibə, həmçinin dey ayı (dekabr-yanvar) etirazları ilə üzləşib və bu hadisələrin yaralıları lazım olan dərman və tibbi avadanlıqları pulsuz əldə ediblər. Pirsalehinin sözlərinə görə, 12 günlük müharibənin və dey ayı etirazlarının dərman ehtiyaclarının böyük hissəsi mövcud ehtiyatlar hesabına ödənilib, 40 günlük müharibədən fərqli olaraq, bu müharibədə strateji ehtiyatların bir hissəsi də sərf olunub.