İsrailin 14 nömrəli kanalının İran məsələləri üzrə müxbiri Dror Balazade Qərb kəşfiyyat qiymətləndirmələrinə istinadən İran rejiminin Natənzə yaxın yerləşən "Kuh-e Kolang" yeraltı obyektindəki fəaliyyətini davam etdirdiyini və bu həssas sahənin bərpası istiqamətindəki səyləri sürətləndirdiyini iddia edib. Bu iddia hələ ki müstəqil şəkildə təsdiqlənməyib.
"Kuh-e Kolang" Natənz nüvə kompleksindən təxminən iki kilometr məsafədə yerləşir və dərin tunellər şəbəkəsi ilə möhkəmləndirilmiş girişlərə malikdir. İran rejimi bu obyektin santrifuqaların istehsalı üçün yaradıldığını bildirir, lakin Qərb kəşfiyyat qurumları onun bir hissəsinin bəyan edilməmiş zənginləşdirmə fəaliyyəti üçün hazırlanmış ola biləcəyini ehtimal edir.
Balazade həmçinin iddia edib ki, Tehran beynəlxalq ictimaiyyətin diqqətini öz nüvə proqramından Hörmüz boğazı və Bab əl-Məndəbdəki hadisələrə yönəltməyə çalışır və ABŞ-da keçiriləcək aramüddətli seçimlərə qədər vaxt qazanmaq istəyir.
Onun yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun mesajı ondan ibarətdir ki, vəziyyətə nəzarəti əlində saxlayır və öz mövqelərindən geri çəkilməyəcək.