ArazNews
Ana Səhifə / Azərbaycan / Əliyev: Türkistan ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir
Azərbaycan

Əliyev: Türkistan ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Əliyev: Türkistan ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanda keçirilən «Türkistan ölkələri və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşü»ndə çıxışı zamanı vurğulayıb ki, Türkistan ölkələri ilə əlaqələrin inkişafı ölkəsinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir.

Əliyev Qırğızıstanda son dövrdə baş verən dəyişiklik və irəliləyişlərə işarə edərək bildirib ki, bu ölkənin prezidenti Sadır Japarov ilə görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair geniş müzakirələr aparılıb.

Azərbaycan Prezidenti iki ölkə arasında imzalanan sənədlərə toxunaraq deyib: «Bu sənədlər ittifaq müqaviləsini əhatə edir. Həmin müqavilə iki qardaş ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəsini yaradır və münasibətlərimizi ittifaq səviyyəsinə qaldırır.»

O, həmçinin Bakı ilə Bişkek arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafından məmnunluğunu bildirib və bunu iki ölkə arasındaki münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib.

Əliyev Azərbaycan ilə Türkistan ölkələri arasında qarşılıqlı səfər və görüşlərin artdığını qeyd edərək bir daha bu bölgənin ölkəsinin xarici siyasətindəki əhəmiyyətini vurğulayıb və bildirib ki, Türkistan ölkələri ilə münasibətlər Azərbaycanın diplomatik strategiyasında xüsusi yer tutur.

Azərbaycan Prezidenti əlavə edib: «Əmin olmağınızı istəyirəm ki, Azərbaycan bu toplantının fəal üzvü olacaq və ölkələrimizi və xalqlarımızı bir-birinə yaxınlaşdırmaq, əməkdaşlığı gücləndirmək üçün bütün səylərini sərf edəcək.»