Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini bildirib ki, hazırda Qarabağ bölgəsində təxminən 100 min nəfər yaşayır, işləyir və təhsil alır, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması prosesi isə davam edir.
Elnur Məmmədov «X» sosial şəbəkəsindəki paylaşımında bildirib ki, indiyədək 40 min nəfərdən çox keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb.
O əlavə edib ki, azad edilmiş ərazilərdə 45-dən çox şəhər və kənd yenidən qurulub və bərpa edilib, sakinlərin yenidən məskunlaşdırılması proqramı isə davam etməkdədir.
Azərbaycan XİN müavini bərpa prosesindəki mövcud çətinliklərə toxunaraq deyib ki, əksinsan minaları hələ də insanların həyatını təhdid edir və bu ərazilərin inkişafı və bərpası yolunda ciddi maneə olaraq qalır.
O vurğulayıb ki, Azərbaycan Respublikası bu maneələri aradan qaldırmaqda və məcburi köçkünlərin «Böyük Qayıdış» proqramı çərçivəsində təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməkdə qətiyyətlidir.