ArazNews
Ana Səhifə / İran / Bağayi: İran və Oman arasında razılaşma araşdırma və yekun formalaşdırma mərhələsindədir
İran

Bağayi: İran və Oman arasında razılaşma araşdırma və yekun formalaşdırma mərhələsindədir

Bağayi: İran və Oman arasında razılaşma araşdırma və yekun formalaşdırma mərhələsindədir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi bildirib ki, Hörmüz boğazında ticarət gəmiçiliyi üçün təhlükəsiz hərəkət marşrutunun müəyyən edilməsini nəzərdə tutan İran-Oman birgə bəyanatı yekunlaşmaq üzrədir.

Bağayi çərşənbə günü, 14 mordad (5 avqust) tarixində deyib: "Tərəflərin nəzərdə tutduğu marşrutun coğrafi koordinatları barədə razılıq əldə olunub və əgər bəzi üçüncü tərəflər bu məsələdə maneçilik törətməzsə, əldə edilmiş əsas müddəaları və mülahizələri əhatə edən iki ölkənin birgə bəyanatı da araşdırma və yekun formalaşdırma mərhələsindədir."

Xarici işlər nazirliyinin sözçüsü Tehran və Muskat arasındakı danışıqlar prosesini "peşəkar" və "irəliyə doğru" kimi səciyyələndirib və iki ölkə arasındakı danışıqlarda əldə olunan irəliləyiş barədə məlumat verib.

Bununla belə, o iddia edib: "İran və Omanın razılaşması özlüyündə boğazın keçən gəmilər üçün təhlükəsiz olması demək deyil, çünki Hörmüz boğazını təhlükəli edən amillər — ABŞ tərəfindən, xüsusilə də dəniz mühasirəsi və İrana və onun mənafelərinə qarşı digər təcavüzkar və hədəyəedici tədbirlər — hələ də mövcuddur."