İran İslam Respublikası Məclisinin əsulqəraçı deputatı Hamid Rəsai Məsud Pezeşkiana münasibətdə iyrənc bir bənzətmədən istifadə edib.
O, öz sosial şəbəkə hesablarında yaydığı, "Sadəlövh və inanan canavar və eşşək hekayəsi; yəni eşşək olan o eşşək!" adlı videoda danışıqlar və razılaşma tərəfdarı olan cərəyanı "eşşək" obrazı timsalında sadəlövhlükdə və düşmən tərəfindən aldadılmaqda ittiham edib. Baxmayaraq ki, zahirən bu bənzətmə konkret bir şəxsi hədəf almır, lakin hazırkı şəraitdə danışıqlar və razılaşmanın ən bariz tərəfdarı Məsud Pezeşkian olduğundan və videoda istifadə edilən eyhamlar nəzərə alındıqda, məhz Pezeşkianın şəxsiyyəti bu kinayənin əsas hədəfi olub.