ArazNews
Ana Səhifə / Xəbər / Telefonla həddindən artıq oynamaq da sizi yorur: iki həftə telefondan uzaq durmağın effekti antidepressant həbindən də çox olub
Xəbər

Telefonla həddindən artıq oynamaq da sizi yorur: iki həftə telefondan uzaq durmağın effekti antidepressant həbindən də çox olub

Telefonla həddindən artıq oynamaq da sizi yorur: iki həftə telefondan uzaq durmağın effekti antidepressant həbindən də çox olub

Tədqiqatçılar 460-dan çox yetkin insanı 14 gün ərzində telefonlarının internetindən məhrum ediblər və nəticə heyrətamiz olub; bu insanların psixoloji vəziyyəti hətta antidepressant dərmanların qəbulundan daha çox yaxşılaşıb.

Bu sahədə aparılan ən böyük tədqiqatlardan biri olan həmin araşdırmada iştirakçılardan telefonlarını tərk etmək tələb olunmayıb; sadəcə e-poçtların, sosial şəbəkələrin daimi axını və səhifələrin fasiləsiz gəzintisi dayandırılıb, yəni zehni "daim aktiv" saxlayan həmin amil aradan qaldırılıb. İki həftədən sonra insanların diqqət cəmləmə qabiliyyəti o qədər yaxşılaşıb ki, sanki yaşla bağlı zehni geriləmə baxımından on il geriyə qayıdılıb. Həyatdan məmnunluq səviyyəsi və depressiya əlamətlərinin azalması isə tam bir koqnitiv-davranış terapiyası kursu ilə müqayisə oluna biləcək dərəcədə olub.

Yeniyetmələr və gənclər üzərində aparılan ayrı bir tədqiqatda isə sosial şəbəkələrdən cəmi bir həftə uzaq durmaq belə oxşar nəticə verib; narahatlıq təxminən 16 faiz, depressiya təxminən 25 faiz və yuxusuzluq isə 15 faiz azalıb. Maraqlıdır ki, ən böyük fayda psixoloji vəziyyəti hamıdan pis olan insanlara çatıb; yəni əldən telefon düşməyən vərdiş məhz ən həssas insanlara ən çox zərər verir.

Bu nəticəyə çatmaq üçün heç kimin dağa və ya meşəyə pənah aparmasına, yaxud sadə telefon almasına ehtiyac olmayıb. Bir neçə kiçik və sadə dəyişiklik kifayət edib; bildirişlərin söndürülməsi, vaxt aparan tətbiqlərin əsas ekrandan yığışdırılması və gecələr telefonun yataq otağında saxlanmaması.

Məsələnin qəribə tərəfi ondadır ki, dünyadan geri qalmamaq üçün lazım olduğunu hiss etdiyimiz məhz həmin vərdiş, əslində bizdə geridə qalmaq hissini daha da artıran şeydir. Və zehni yorğunluğun illərini kompensasiya etmək üçün sadəcə iki həftə kənara çəkilmək kifayətdir.