Türkiyənin Sənaye və Texnologiya naziri Məhəmməd Fateh Kacır bildirib ki, ölkənin milli kosmik gəmisi 2027-ci ilin ilk aylarında kosmosa buraxılacaq və onun missiyası Aya çatmaqdır.
Türkiyə mediasına istinadən, Kacır bu kosmik gəminin sınaqlarının uğurla başa çatdığını və buraxılış cədvəlinin də yekunlaşdırıldığını deyib. Bu kosmik gəmi Türkiyədə hazırlanmış hibrid təkanetmə texnologiyasından istifadə edəcək.
Ankara bildirir ki, bu missiyanın uğurla həyata keçirilməsi ilə Türkiyə Aya çatmaq imkanı əldə etmiş və hibrid mühərrik texnologiyasını dərin kosmosda tətbiq etmiş az sayda ölkənin sırasına qoşulacaq.