Amerikalı bir rəsmi şəxs Livan və İsrail arasında növbəti danışıqlar raundunun sentyabrın əvvəlində keçiriləcəyini açıqlayıb və bildirib ki, Vaşinqton mövcud çətinliklərə baxmayaraq danışıqlar prosesinə nikbin yanaşır.
Əl-Ərəbiyyə ingilisdilli xəbər xidmətinə istinadən, bu Amerikalı rəsmi şəxs deyib ki, tərəflər danışıqlar zamanı mina təmizləmə əməliyyatlarının üçüncü tərəfə həvalə edilməsi ehtimalını da müzakirə ediblər; bu, Livan və İsrail sərhədləri ilə bağlı təhlükəsizlik məsələlərinin bir hissəsini təşkil edir.