ArazNews
Ana Səhifə / Dünya / Almaniyanın xarici işlər naziri Yohan Vadefull: Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi hamı üçün təmin edilməlidir
Dünya

Almaniyanın xarici işlər naziri Yohan Vadefull: Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi hamı üçün təmin edilməlidir

Almaniyanın xarici işlər naziri Yohan Vadefull: Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi hamı üçün təmin edilməlidir

Almaniyanın xarici işlər naziri İran İslam Respublikasının xarici işlər naziri Abbas İraqçi ilə telefon danışığında Hörmüz boğazında gəmiçiliyin qeyd-şərtsiz azadlığına dair vurğu edib. Yohan Vadefull sosial media şəbəkəsi X-də paylaşdığı mesajda İrandan bölgə qonşuları və ABŞ ilə konstruktiv danışıqlara qoşulmasını tələb etdiyini yazıb ki, münaqişələrə son qoyulsun.

O, eyni mesajda deyib ki, Hörmüz boğazı heç bir şərt qoyulmadan açıq qalmalı, bu su yolunda gəmiçiliyin azadlığı və təhlükəsizliyi bütün ölkələr üçün təmin edilməlidir.