ArazNews
Ana Səhifə / Dünya / Husilərin Marib və Muxaya geniş hücumları; Yəmən ordusundan cavab tədbiri
Dünya

Husilərin Marib və Muxaya geniş hücumları; Yəmən ordusundan cavab tədbiri

Husilərin Marib və Muxaya geniş hücumları; Yəmən ordusundan cavab tədbiri

Yəməndəki hərbi mənbə bildirib ki, husilər ballistik raketlər və pilotsuz uçuş aparatları ilə Maribdəki bəzi bölgələri hədəfə alıblar, eyni zamanda Muxaya şəhərinə qarşı da başqa raket hücumları həyata keçirilib.

Əl-Ərəbiyyəyə istinadən, Maribdə iki partlayış səsi eşidilib və Yəmən ordusunun pusay müdafiə sistemləri husilərin pilotsuz uçuş aparatlarına qarşı işə düşüb. Muxaya limanı yaxınlığında da bir-birinin ardınca iki partlayış barədə məlumat verilib.

Eyni zamanda, Yəmən dövlət qüvvələri bu hücumlara cavab olaraq husilərin bir neçə cəbhədəki mövqelərini və avadanlıqlarını, o cümlədən Marib dağlarındakı minaatan sistemləri və mövqelərini hədəfə alıblar.