ABŞ Suriya və İsraillə birlikdə "99-cu sayt" adlanan Suriyanın gizli obyektindən nüvə materiallarının təhlükəsizləşdirilməsi və çıxarılması ilə bağlı məxfi razılaşmaya nail olub.
Axios-a istinadən, Beynəlxalq Atom Enerjisi Agentliyi bu materialları yaxın vaxtlarda Suriyadan çıxaracaq. Bu həllə çatmaq üçün pərdəarxası danışıqlar aylarla davam edib və bir neçə həftə əvvəl nəticələnib.
Bildirilir ki, razılaşmanın məqsədi Suriya ilə İsrail arasında yeni böhranın yaranmasının, eləcə də Türkiyənin bu obyektlə bağlı gərginliyə cəlb olunmasının qarşısını almaqdır. Bu sayt Bəşşar Əsəd dövrünün gizli nüvə proqramı ilə bağlıdır; həmin proqramın əsas mərkəzi "əl-Kibar" reaktoru olub.
ABŞ, İsrail və Suriya rəsmiləri hələ də bu razılaşmanın təfərrüatlarını rəsmi və açıq şəkildə elan etməyiblər.