ArazNews
Ana Səhifə / Dünya / Əliyev: Azərbaycan-ABŞ münasibətləri ən yüksək səviyyəyə çatıb
Dünya

Əliyev: Azərbaycan-ABŞ münasibətləri ən yüksək səviyyəyə çatıb

Əliyev: Azərbaycan-ABŞ münasibətləri ən yüksək səviyyəyə çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, ABŞ ilə münasibətlər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bəri ən yüksək səviyyəsinə çatıb.

Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanlanan məktubunda deyib: "Fəxrlə deyə bilərəm ki, Azərbaycan-ABŞ münasibətlərinin bugünkü səviyyəsi iki ölkə arasında 34 illik diplomatik əlaqələr tarixində ən yüksək nöqtəyə çatıb."

Azərbaycan Prezidenti Trampın iki ölkə arasındaki münasibətlərin dərinləşməsindəki roluna toxunub və bu prosesi qarşılıqlı münasibətlərdə "böyük nailiyyət" adlandırıb.

Bakı və Vaşinqton arasındaki münasibətlər son bir il ərzində əhəmiyyətli dərəcədə genişlənib. 2026-cı ilin fevral ayında ABŞ Vitse-prezidenti Ceydi Vensin Bakıya səfəri zamanı iki ölkə arasında "Strateji Tərəfdaşlıq Xartiyası" imzalanıb; sənəd iqtisadiyyat, enerji, təhlükəsizlik, əlaqələr, texnologiya və süni intellekt sahələrində əməkdaşlığı əhatə edir.

Tramp da əvvəllər bildirmişdi ki, ABŞ və Azərbaycan regional əlaqə, iqtisadi münasibətlər və təhlükəsizlik sahələrində əməkdaşlıqlarını dərinləşdirməkdədirlər.