ArazNews
Ana Səhifə / Dünya / İraqda yeni həbs dalğası: nəhəng korrupsiya işləri Salahəddinə çatdı
Dünya

İraqda yeni həbs dalğası: nəhəng korrupsiya işləri Salahəddinə çatdı

İraqda yeni həbs dalğası: nəhəng korrupsiya işləri Salahəddinə çatdı

İraq mənbələri Salahəddin əyalətində korrupsiyaya qarşı geniş mübarizə kampaniyasının davam etdiyini və məhkəmə orqanları tərəfindən axtarılan şəxslərin həbs edildiyini bildiriblər.

Əl-Ərəbiyyə telekanalının məlumatına görə, iraqlı iş adamı Məhəmməd əl-Həcəf Salahəddində baş vermiş iri həcmli korrupsiya işləri ilə əlaqədar həbs olunub. Bir gün əvvəl isə Salahəddinin keçmiş valisi və "əl-Cəmahir əl-Vətəniyyə" partiyasının sədri Əhməd əl-Cuburi korrupsiya ittihamı ilə həbs edilmişdi.

İraqda korrupsiyaya qarşı mübarizə kampaniyası iyun ayının sonlarından bəri genişlənib və hazıradək onlarla vəzifəli şəxs və siyasi xadimi əhatə edib. Reuters agentliyi bildirmişdi ki, aparılan istintaqın bir hissəsi neft işlərinə də toxunub və həbs olunan vəzifəli şəxslərdən azı biri əvvəllər ABŞ tərəfindən neftin İranın və ona bağlı qrupların xeyrinə ötürülməsinə kömək etməkdə ittiham olunmuşdu.