İran Məhkəmə Tibbi Təşkilatının rəisi Abbas Məscidi Arani, ABŞ və İsrailin İranla müharibəsinin ilk 40 günündə ən azı 3519 nəfərin həlak olduğunu açıqlayıb. Bu rəqəmə İranın cənubunda baş vermiş son toqquşmalarda həlak olanlar daxil edilməyib.
Onun sözlərinə görə, təxminən üç min kişi və 500-ə yaxın qadın həyatını itirib. Həlak olan 270 şagirddən əksəriyyəti isə hücumun ilk günündə Minabdakı Şəcəreyi-Teyyibə məktəbinin şagirdləri olub.
İsrail rəsmi məlumat vermədən "Pikan" raket müdafiə sisteminin yeni sınağını keçirib
İsrail müharibə və regionda gedən raket rəqabəti fonunda "Pikan" hava hücumundan müdafiə sisteminin yeni sınağını həyata keçirib. Adətdən fərqli olaraq, bu sınaq heç bir rəsmi açıqlama ilə müşayiət olunmayıb.