İranda hemofiliya xəstələri həyati əhəmiyyətli dərmanların çatışmazlığı ilə üzləşib. İran Hemofiliya Cəmiyyəti bildirib ki, ölkənin dərman bazarında laxtalanma faktorlarının olmaması bu xəstələrin müalicəsini ciddi təhlükə qarşısında qoyub.
Bu peşəkar qurum xəstələrdə geri dönməz fəsadların yaranmasının qarşısını almaq üçün həmin dərmanların təchizatı məsələsinə təcili baxılmasını tələb edib.