ABŞ kəşfiyyat qurumlarının qiymətləndirməsi göstərir ki, Vladimir Putin gələcək illərdə NATO üzvlərindən birinə qarşı məhdud addım atmaqla bu alyansın həmrəyliyini və reaksiya qabiliyyətini sınaqdan keçirə bilər.
Wall Street Journal-a istinadən bildirilib ki, araşdırılan ssenarilər kiber hücumlardan və hibrid əməliyyatlardan tutmuş məhdud quru müdaxiləsinə qədər geniş spektri əhatə edir, qiymətləndirmələr isə bu təhlükənin 2029-cu ilə qədər tədricən artacağına işarə edir.
Bu qiymətləndirmə, Ukrayna müharibəsinin sonuna qədər Rusiyanın NATO ilə qarşı-qarşıya gəlməkdən çəkinməyə meylli olacağını nəzərdə tutan əvvəlki proqnozlardan fərqlənir. Amerikalı rəsmilər hesab edirlər ki, müharibənin artan təzyiqləri Putini daha böyük risklərə getməyə sövq edə bilər.