ArazNews
Ana Səhifə / Dünya / Reuters: Hörmüz boğazından gəmi keçidi minimum səviyyəyə düşüb
Dünya

Reuters: Hörmüz boğazından gəmi keçidi minimum səviyyəyə düşüb

Reuters: Hörmüz boğazından gəmi keçidi minimum səviyyəyə düşüb

Reuters agentliyi xəbər verib ki, husilərin Səudiyyə neft tankerinə hücum barədə iddiasından sonra Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmi hərəkəti kəskin şəkildə azalıb və çərşənbə günü Hörmüz boğazından cəmi iki gəmi keçib.

Reuters-in istinad etdiyi "Kpler" gəmiçilik təhlili şirkətinin məlumatlarına görə, çərşənbə günü Hörmüz boğazından cəmi iki gəmi keçib; Panama bayraqlı bir yük gəmisi körfəzə daxil olub, Marşal Adaları bayraqlı yük daşıyan digər gəmi isə bu boğazdan çıxıb. Bir gün əvvəl isə Hörmüz boğazından səkkiz gəmi keçmişdi.

Reuters gəmi hərəkətinin azalmasını husilərin Səudiyyə neft tankerlərinə hücum iddiasından sonra artan təhlükəsizlik narahatlıqları ilə əlaqələndirib. Səudiyyə Ərəbistanı hələ ki, bu iddianı təsdiqləməyib.