ArazNews
Ana Səhifə / Dünya / Tramp ABŞ-ın hərbi sursat çatışmazlığı barədə hesabatı təkzib edib: "İfşaçıları ovlayacağıq"
Dünya

Tramp ABŞ-ın hərbi sursat çatışmazlığı barədə hesabatı təkzib edib: "İfşaçıları ovlayacağıq"

Tramp ABŞ-ın hərbi sursat çatışmazlığı barədə hesabatı təkzib edib:

ABŞ prezidenti Donald Tramp ölkənin İran İslam Respublikası ilə müharibədə raket ehtiyatlarının kəskin şəkildə azalması barədə hesabatlara reaksiya verərək iddia edib ki, Birləşmiş Ştatların, xüsusən müəyyən növ silahlardan, "nəhəng miqdarda sursatı" var.

Tramp Truth Social sosial şəbəkəsində yazıb ki, böyük miqdarda sursat da istehsal olunmaqda davam edir və ehtiyaca uyğun olaraq ABŞ-a çatdırılır. O əlavə edib ki, müdafiə şirkətləri ölkədə misli görünməmiş sayda zavod və istehsal müəssisələri tikməkdədir.

ABŞ prezidenti silah ehtiyatlarına dair məlumatların ifşa edilməsini "xəyanətkarlıq" adlandırıb və hədə-qorxu gəlib ki, bu ifşaçılıqların iştirakçıları müəyyən ediləcək və hökumət onlar üçün uzunmüddətli həbs cəzaları tələb edəcək.

Trampın açıqlamaları müharibənin Pentaqonun büdcəsi və sursat ehtiyatları üzərində ciddi təzyiq yaratdığını bildirən hesabatların yayılmasından sonra səsləndirilib. Bununla belə, o, mövcud sursat miqdarı və ya istifadə olunmuş silahların sayı barədə dəqiq rəqəm açıqlamayıb.