ArazNews
Ana Səhifə / Dünya / Suriyanın xarici işlər naziri Hakan Fidanla danışıqlar üçün Türkiyəyə gedəcək
Dünya

Suriyanın xarici işlər naziri Hakan Fidanla danışıqlar üçün Türkiyəyə gedəcək

Suriyanın xarici işlər naziri Hakan Fidanla danışıqlar üçün Türkiyəyə gedəcək

Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani iş səfəri çərçivəsində Türkiyəyə gedəcək və ölkənin xarici işlər naziri Hakan Fidanla görüşüb danışıqlar aparacaq.

Türkiyənin Xarici İşlər Nazirliyi mənbələrinin açıqlamasına görə, görüşün əsas mövzusu Suriyada sabitliyin və dayanıqlı təhlükəsizliyin gücləndirilməsi istiqamətində birgə və çoxtərəfli səylərin gedişatının müzakirəsi olacaq.

Gözlənilir ki, Hakan Fidan bu görüşdə Türkiyənin Suriya hökumətinin terror qruplaşmalarına qarşı mübarizə potensialının gücləndirilməsinə dəstəyini vurğulayacaq və bu sahədə iki ölkə arasında təhlükəsizlik əlaqələndirilməsinin davam etdirilməsi üzərində israr edəcək.

Həmçinin tərəflərin iqtisadi, təhlükəsizlik, milli barışıq və Suriyanın bərpası sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə etmələri gözlənilir. Ankara ilə Dəməşq arasında əlaqələrin inkişaf yollarının araşdırılması və iki ölkənin yüksək rütbəli məsullarının gələcək aylarda qarşılıqlı səfərlərinin planlaşdırılması da bu danışıqların gözlənilən digər mövzuları sırasındadır.