Hadson İnstitutu hesabatında bildirib ki, ABŞ Müharibə Nazirliyi "Sənaye Bazasının İnkişafı Ofisi"ni yaratmaqla silah istehsalı gücünü sürətlə artırmaq və hərbi təchizat zəncirinin Çindən asılılığını azaltmaq üçün planları həyata keçirir.
Bu proqramın əsas istiqamətlərindən biri kiçik, orta və qeyri-ənənəvi şirkətləri müdafiə müqavilələrinə qoşan "Linx" sistemidir ki, bu da onların ABŞ silah bazarına girişinin mürəkkəb yolunu qısaldır. Pentaqon həmçinin mülki zavodlardan ibarət bir şəbəkə yaradır ki, müharibə və ya böhran zamanı istehsal xətlərinin bir hissəsini hərbi avadanlıq istehsalına yönəltsinlər.
Yeni qaydalara əsasən, ABŞ Müharibə Nazirliyi 2026-cı ilin iyun ayından ölkənin ordusu ilə əlaqəli 188 Çin şirkətindən birbaşa alış-verişi qadağan edib. 2027-ci ildən etibarən isə müdafiə podratçılarına bu şirkətlərdən təchiz olunan hissə və xidmətlərdən istifadə etmək icazəsi verilməyəcək.
Hadson İnstitutunun hesabatında vurğulanır ki, Ukrayna müharibəsi və ABŞ-ın İran İslam Respublikası ilə davam edən müharibəsi göstərib ki, Vaşinqtonun müdafiə sənayesi uzunmüddətli münaqişədə istehsalı sürətlə artırmaq gücünə malik deyil. Tramp administrasiyası indi yerli istehsalçıları cəlb etməklə, bazarda mərkəzləşməni azaltmaqla və zavodların gücünü ehtiyatda saxlamaqla ABŞ-ı yenidən "dünyanın əsas silah anbarı"na çevirməyə çalışır.