Aksios veb-saytı Amerika və regional mənbələrə istinadən xəbər verib ki, ABŞ, İran İslam Respublikası və Oman Sultanlığı Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti sazişə yaxınlaşıblar; bununla belə, bu saziş hələ rəsmi olaraq elan edilməyib.
Aksiosun məlumatına görə, iki regional mənbə və bir ABŞ rəsmisi bildirib ki, Vaşinqtonun Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti sazişi tezliklə elan edəcəyi gözlənilir. Hesabata əsasən, təklif olunan saziş Oman Sultanlığı ilə İran İslam Respublikası arasında 60 günlük mexanizmi əhatə edir və tərəflərin razılığı olduğu təqdirdə uzadıla biləcək.
Bu hesabata əsasən, danışıqları aparılan planın çərçivəsində körfəzə daxil olan gəmilər şimal marşrutu ilə İranın suları vasitəsilə, körfəzdən çıxan gəmilər isə cənub marşrutu ilə Omanın suları vasitəsilə hərəkət edəcəklər.
Həmçinin 60 günlük dövrdə ticarət gəmilərindən heç bir rüsum alınmayacaq. Bununla belə, Associated Press xəbər verib ki, bu mexanizmin yekun təfərrüatları hələ bütün tərəflər tərəfindən razılaşdırılmayıb və danışıqlar davam edir.