ArazNews
Ana Səhifə / Dünya / Türk dünyasının inteqrasiyasında daha bir addım: Türk ölkələri arasında pasportsuz və vizasız səyahət gündəmə gəlib
Dünya

Türk dünyasının inteqrasiyasında daha bir addım: Türk ölkələri arasında pasportsuz və vizasız səyahət gündəmə gəlib

Türk dünyasının inteqrasiyasında daha bir addım: Türk ölkələri arasında pasportsuz və vizasız səyahət gündəmə gəlib

Türkiyənin Türk Dövlətləri ilə Əlaqələr İdarəsinin rəisi Kurşad Zorlu bildirib ki, Ankara və tərəfdaşları vətəndaşların qarşılıqlı səyahətini yalnız şəxsiyyət vəsiqəsi ilə, pasportsuz həyata keçirməsi istiqamətində iş aparır. Bu layihənin gələcək illərdə həyata keçirilməsi türk dünyası ölkələri arasında vizasız gediş-gəlişi mümkün edəcək.

Zorlu qeyd edib ki, türk dövlətləri liderlərinin sammiti 29 oktyabr tarixində, Respublika Bayramı ilə eyni vaxtda Ankarada keçiriləcək. Onun sözlərinə görə, türk dünyasında ortaq muzey kartı layihəsi üzərində iş də yekun mərhələyə çatıb.