ArazNews
Ana Səhifə / Xəbər / Yerli mütəxəssisdən diabet xəbərdarlığı: "Qanda yüksək şəkər bədəndəki damarları daraldıb tıxayır"
Xəbər

Yerli mütəxəssisdən diabet xəbərdarlığı: "Qanda yüksək şəkər bədəndəki damarları daraldıb tıxayır"

Yerli mütəxəssisdən diabet xəbərdarlığı:

Nəzarətsiz diabet damarlara ziyan vuraraq ürək tutması, ürək çatışmazlığı və insult riskini artırır. Daxili xəstəliklər üzrə mütəxəssis Osman Erk "Sözcü" qəzetinə açıqlamasında deyib ki, diabet digər risk amillərindən asılı olmayaraq koronar arteriya xəstəliyi ehtimalını artırır.

Onun sözlərinə görə, bu xəstəlik metabolik xarakter daşımasına baxmayaraq, bədəndəki bütün böyük və kiçik damarları əhatə edir. Karotid arteriyanın daralması və ya tıxanması da diabetlə əlaqəlidir və başgicəllənməyə, iflicə səbəb ola bilər. Diabet xəstələrində arteriosikleroz daha erkən başlayır və daha sürətli inkişaf edir.

Sidik tutmamağı, yorğunluq, gözlərin bulanıq görməsi, əl-qolda keyimə, çətin sağalan yaralar və çəki itkisi diabetin əlamətlərindəndir. Erk xəbərdarlıq edib ki, diabetin səbəb olduğu sinir zədələnməsi sinə ağrısını gizlədə bilər; buna görə də bu xəstələrdə ürək tutması bəzən heç bir ağrı olmadan baş verir.