İranın dövlət mediası Buşehr əyalətində icazəsiz 900 metrlik neft nəqli boru kəməri və yeraltı çənin aşkarlandığını xəbər verib.
Fars Xəbər Agentliyinə istinadən, Buşehr əyalətinin Polis Rəisi bildirib ki, bu icazəsiz boru kəməri Dəşti şəhristanında aşkarlanıb və oğurlanmış xam neftı yeraltı çənə ötürürmüş. Onun sözlərinə görə, təxminən 50 milyard rialllıq dəyərində 50 min litrdən çox xam neft, aidiyyəti avadanlıqla birlikdə aşkar edilib və müsadirə olunub.
Fars agentliyinin hesabatında bu boru kəmərinin çəkilişi və istismarında iştirak edən şəxs və ya qrupların kimliyi barədə heç bir məlumat verilməyib və bu işdə iştirak edənlərin müəyyən edilib-edilmədiyi və ya həbs olunub-olunmadığı bəlli deyil.