İsrailin 12-ci kanalı bildirib ki, İran rejiminin xarici işlər naziri Abbas Araqçi keçən gecə Qətər və ABŞ-ın vasitəçiliyi ilə Hörmüz boğazının yenidən açılması barədə əldə olunan razılaşmaya razılıq verib. Məhz bu razılaşma Donald Trampın planlaşdırılan cavab zərbələrini ləğv etməsinə səbəb olub.
Bu plana əsasən, körfəzə yollanan gəmilər İranın ərazi sularından daxil olacaq və Ömanın suları istiqamətindən çıxacaq. Öman İslam İnqilabı Keşikçiləri Korpusunun bu razılaşmanı dəstəklədiyinə dair rəsmi təsdiq tələb edib.