ArazNews
Ana Səhifə / Xəbər / ABŞ Dövlət katibi: rejim dəyişməsə də, İran hökuməti dəyişməlidir
Xəbər

ABŞ Dövlət katibi: rejim dəyişməsə də, İran hökuməti dəyişməlidir

ABŞ Dövlət katibi: rejim dəyişməsə də, İran hökuməti dəyişməlidir

Fox News telekanalının məlumatına görə, Marko Rubio Lara Trampla apardığı söhbətdə İranın rejim dəyişmədən nüvə silahlarından əl çəkməsinin mümkün olub-olmadığı sualına cavab verərək deyib: "Rejim dəyişikliyi baş verməyə bilər, ancaq hökumət dəyişməlidir."

O vurğulayıb ki, İslam Respublikasının davranışını dəyişdirməyin yeganə yolu, indiki siyasətlərinin davam etdirilməsinin bu hökumətə olan xərcini artırmaqdır.

Rubio həmçinin İslam Respublikasını regionda "yayılmaçı" siyasət yürütməkdə ittiham edib və iddia edib ki, Tehran yalnız İranın idarəsi ilə kifayətlənmir və regionda öz nüfuzunu genişləndirməyin ardınca gedir.

Onun sözlərinə görə, bu yanaşma dəyişməlidir və Vaşinqton bu hədəfə çatmaq üçün təzyiqini davam etdirəcək.