ArazNews
Ana Səhifə / İran / Reuters SEPAH-in qumar şəbəkəsinin üstünü açdı: Sanksiyaları dələduzluqla keçmək üçün milyardlarla dollarlıq kriptovalyuta Dubaydan keçirilib
İran

Reuters SEPAH-in qumar şəbəkəsinin üstünü açdı: Sanksiyaları dələduzluqla keçmək üçün milyardlarla dollarlıq kriptovalyuta Dubaydan keçirilib

Reuters SEPAH-in qumar şəbəkəsinin üstünü açdı: Sanksiyaları dələduzluqla keçmək üçün milyardlarla dollarlıq kriptovalyuta Dubaydan keçirilib

Reuters agentliyinin araşdırma xarakterli hesabatında dünyanın ən böyük qeyri-qanuni qumar şəbəkələrindən birinin milyonlarla dollarlıq kriptovalyutanı Dubaydakı bir ofis vasitəsilə köçürdüyü aşkar edilib. Bu marşrut İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaları dələduzluqla keçmək üçün nəzərdə tutulmuş dörd milyard dollarlıq əməliyyatın bir hissəsidir. Onun mərkəzində Siyavuş Keyvanpurun təsis etdiyi lisenziyasız "ŞelBit" mübadilə platforması dayanır.

ŞelBit-in əsas müştərisi Saşa Sobhani və Puyan Muxtarinin idarə etdiyi, 2 mindən çox qumar saytına malik fars dilli şəbəkədir. Reuters yazır ki, Sepah (İslam İnqilabı Keşikçiləri Korpusu) illər əvvəl İran daxilindəki ən böyük qumar saytlarının nəzarətini ələ keçirib. Bloкçeyn tədqiqatçısı Riç Sanders bildirib ki, bu əməliyyat tamamilə Sepahın nəzarəti altındadır.

Hesabata əsasən, ŞelBit İranın Mərkəzi Bankı, "Nobitex" mübadilə platforması və Sepahla əlaqələndirilən elektron pul kisələri ilə birbaşa əlaqədə olub. Dubayın Virtual Aktivlər Tənzimləyici Orqanı bu platformanın pulyuyulmasındakı rolunu araşdırır. BƏƏ rəsmiləri əvvəllər Muxtarini İran terror təşkilatlarının maliyyələşdirilməsində rol oynamaqda ittiham etmişdilər.

...