Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Rezai ABŞ və İsrailin yeni hücumlar törətmə ehtimalına reaksiya verərək region ölkələrinin təsisatlarını geniş miqyaslı dağıntı ilə hədələyib.
Rezai heç bir sübut təqdim etmədən iddia edib ki, ABŞ və İsrail bazarların iki günlük bağlı olduğu müddətdə İslam Respublikasına sürətli və həlledici zərbə vuraraq onu təslim olmağa məcbur edə biləcəklərini düşünürlər. O, bu təsəvvürü "xəyal" adlandıraraq bildirib ki, bunu Binyamin Netanyahu Donald Trampın qulağına pıçıldayıb.
Bu radikal deputat yazıb: "Əgər İrana zərbə vurularsa, biz bütün regionu və onun təsisatlarını daş dövrünə qaytaracağıq" və sözünə davam edərək ABŞ, İsrail və region ölkələrini "axmaqlıq etməməyə" çağıraraq hədələyib. Rezai bu ilin tirmah ayından (iyun-iyul) etibarən artıq Məclisin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü deyil və hazırda yalnız bu komissiyanın adi üzvüdür.