ArazNews
Ana Səhifə / Dünya / ABŞ-ın azı 11 Yaxın Şərq ölkəsində eyni vaxtda təhlükəsizlik xəbərdarlığı
Dünya

ABŞ-ın azı 11 Yaxın Şərq ölkəsində eyni vaxtda təhlükəsizlik xəbərdarlığı

ABŞ-ın azı 11 Yaxın Şərq ölkəsində eyni vaxtda təhlükəsizlik xəbərdarlığı

Araz Newsun araşdırması göstərir ki, ABŞ-ın İordaniyadakı səfirliyi tərəfindən yayılan xəbərdarlıq regional səviyyədə əlaqələndirilmiş xəbərdarlığın bir hissəsidir. ABŞ-ın İraq, Misir, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Livan və İsraildəki səfirlik və nümayəndəlikləri də şənbə, 1 avqust tarixində oxşar bəyanatlar yayıblar.

Bu xəbərdarlıqlarda Yaxın Şərqdə olan ABŞ vətəndaşlarından münaqişələrin qəflətən kəskinləşməsi ehtimalını nəzərə alaraq uçuşların ləğvinə, hava məkanlarının bağlanmasına və səyahətdə yarana biləcək fasilələrə hazır olmaları, həmçinin regiondan çıxma imkanını nəzərdən keçirmələri istənilib. Yaxın Şərqdən kənarda olan amerikalılara da regiona səyahət etmək və ya bu bölgədən keçmək niyyətlərini yenidən nəzərdən keçirmələri tövsiyə olunub.

ABŞ səfirlikləri xəbərdarlıq ediblər ki, İslam Respublikası və onu dəstəkləyən qruplar müxtəlif ölkələrdə ABŞ ilə bağlı hərbi bazaları, diplomatik mərkəzləri, şirkətləri və digər obyektləri hədəf ala bilər. Vaşinqton həmçinin, o cümlədən Misirdə olmaqla, regiondakı hədəflərə qarşı baş vermiş son hücumlara işarə edərək öz vətəndaşlarından hərbi mərkəzlərdən, izdihamlı yerlərdən və güclü təhlükəsizlik tədbirləri görülən məkanlardan uzaq durmalarını istəyib.