ArazNews
Ana Səhifə / Bölgə / Husilərin Ərəbistana hücumundan sonra Qırmızı dənizdə gəmiçilik kəskin azalıb
Bölgə

Husilərin Ərəbistana hücumundan sonra Qırmızı dənizdə gəmiçilik kəskin azalıb

Husilərin Ərəbistana hücumundan sonra Qırmızı dənizdə gəmiçilik kəskin azalıb

Yəmən husilerinin Qırmızı dəniz sahilindəki Səudiyyə Ərəbistanı neft qurğularına hücumunun ardından bazar ertəsi günü Babülməndəb boğazından keçən gəmilərin sayı kəskin şəkildə azalıb. Hürmüz boğazından keçid isə ən aşağı səviyyədə qalmaqda davam edir.

Enerji analitika şirkəti «Kepler»in məlumatlarına əsasən, bazar ertəsi günü Babülməndəbdən cəmi 11 yük gəmisi keçib ki, bu da son aylardakı ən aşağı göstəricidir. Qırmızı dənizdə gəmiçilik keçən həftədən etibarən Ərəbistanın ixracını blokadaya almağa çalışan Tehranla həmrəy husitərinin hücumları nəticəsində pozulub; bu durum ABŞ-İran qarşıdurmasının miqyasını genişləndirmiş və neft qiymətlərini son iki ayın ən yüksək həddine çatdırmışdır.

Husilərin hərbi sözçüsü Yəhya Sərri şənbə günü qrupun Cizən və Yənbü şəhərlərindəki Aramco qurğularını hədəf aldığını açıqlayıb. Hürmüz boğazında isə ABŞ-İran hücumlarının dayanmasına baxmayaraq, həftə sonu gündəlik 10-dan az gəmi keçib; şənbə günü isə yalnız üç gəmi, üstəlik öz izləmə cihazlarını söndürərək bu su yolundan keçib.