Qidalanma mütəxəssisləri bildirib ki, alma daha yüksək lif tərkibinə görə qan şəkərini üzümdən daha yavaş qaldırır və diabetə ya prediadabetə tutulmuş şəxslər üçün daha əlverişli seçimdir.
Qidalanma mütəxəssisi Juliana Vuka'nın açıqlamasına görə, üzümün glikemik indeksi orta səviyyədə olub təxminən 54-ə bərabərdir. Bu meyvə qan şəkərini təmizlənmiş şəkərdən daha yavaş, lakin giləmeyvə kimi lifli meyvələrdən daha sürətli qaldırır. Təxminən 17 ədəd üzüm 15 qram karbohidrata bərabər tutulur.
Buna qarşılıq, bir orta ölçülü alma təxminən 20 qram karbohidrat və 5 qram lif ehtiva edir. Qidalanma mütəxəssisi Amina Haqq izah edib ki, almanın qabığında olan pektin həll olan bir lifdir; həzmi yavaşlatmaqla qan şəkərinin ani sıçramasının qarşısını alır.
Mütəxəssislər hər iki meyvəni qan şəkərinin daha sabit qalması üçün qoz-fındıq, yunan yoqurtu və ya fıstıq yağı kimi zülal və ya sağlam yağ mənbəyi ilə birlikdə istehlak etməyi tövsiyə edir.