ArazNews
Ana Səhifə / Azərbaycan / Azərbaycan Ordusunun Xüsusi Təyinatlı qüvvələri Ürdündə «Zülfikar» birgə hərbi təliminə qatıldı
Azərbaycan

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı qüvvələri Ürdündə «Zülfikar» birgə hərbi təliminə qatıldı

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı qüvvələri Ürdündə «Zülfikar» birgə hərbi təliminə qatıldı

Azərbaycan Respublikası Ordusunun Xüsusi Təyinatlı qüvvələri terrorizmə qarşı mübarizə və xüsusi əməliyyatlar istiqamətində keçirilən «Zülfikar» birgə hərbi təliminə Haşimi Ürdün Krallığında iştirak edib.

Təlim hərbi əməkdaşlıq və hazırlıq proqramları çərçivəsində keçirilib. Məşqdə Ürdün Ərəb Ordusundan Kral II Abdullah adına Krallıq Xüsusi Qüvvələri Komandanlığının heyəti ilə yanaşı, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri iştirak edib.