ABŞ Dövlət Departamenti qlobal təhlükəsizlik xəbərdarlığı yayaraq Yaxın Şərqdə gərginliyin artması və böhranların gözlənilmədən dərinləşməsi ehtimalı barədə xəbərdarlıq edib. Açıqlamada qeyd edilib ki, regiondakı təhlükəsizlik vəziyyəti mürəkkəb və qeyri-sabit olaraq qalır, bu da gərginliklərin «gözlənilməz şəkildə artmasına» səbəb ola bilər.
Departament dünyanın müxtəlif ölkələrindəki ABŞ vətəndaşlarından, xüsusən Yaxın Şərqdə yaşayan və səyahət edənlərdən, ehtiyatlılıq səviyyələrini artırmalarını və ən son təhlükəsizlik tövsiyələrini izləmələrini xahiş edib.