ABŞ Ordusu Mərkəzi Komandanlığı (Sentkom) bildirib ki, iyulun 17-də İslam Respublikası İranın balistik raket və pilotsuz uçuş aparatı hücumları zamanı ABŞ qüvvələri və müttəfiqlərini müdafiə edən iki Amerika əsgəri Ürdün ərazisində həlak olub. Daha bir əsgər isə hazırda itkin elan edilib.
Bəyanatda qeyd edilib ki, dörd Amerika əsgəri Ürdün xəstəxanalarına yerləşdirilib və müalicədən sonra buraxılıb. Sentkom vurğulayıb ki, ailələrə hörmət əlaməti olaraq, həlak olanların şəxsiyyətinə dair təfərrüatlar birinci dərəcəli qohum-əqrabaya məlumat verildikdən sonra 24 saat ərzində açıqlanmayacaq.