İslam Respublikasının bir təhlükəsizlik rəsmisi Fars xəbər agentliyinə açıqlamasında xəbərdarlıq edib ki, əgər ABŞ yaxın saatlarda İranın mülki infrastrukturuna hücum etsə, Dubay və Əbu-Dabi hava limanları, həmçinin Füceyrə və Cəbəl Əli limanları dərhal boşaldılmalıdır.
Həmin rəsminin sözlərinə görə, bu obyektlərin təxirəsalınmaz boşaldılması İranın cavab zərbələri zamanı vətəndaşların həyatını qorumaq üçün zəruridir.