ArazNews
Ana Səhifə / Bölgə / Türkiyə 65 milyard dollarla rekord qırdı, İranın turizmi "force majeure"a çatdı
Bölgə

Türkiyə 65 milyard dollarla rekord qırdı, İranın turizmi "force majeure"a çatdı

Türkiyə 65 milyard dollarla rekord qırdı, İranın turizmi

Türkiyənin turizm sektorunun gəlirləri 2025-ci ildə əhəmiyyətli artım yaşadı. Bununla belə, İranda bu sahə mütəxəssislərin fikrincə "force majeure" vəziyyətinə düşüb və gəlirləri 90 faizdən çoxuna azalıb.

Ticarət News-a istinadən, Türkiyə Statistika Təşkilatının məlumatlarına görə, Türkiyənin turizm gəlirləri 2025-ci ildə 6,8 faizlik artımla 65 milyard 230 milyon dollara çatıb. Bunun müqabilində İran Ticarət Palatası turizm komissiyasının sədri açıqlamışdır ki, Çin, Rusiya və İraq da daxil olmaqla 20 ölkə İrana səyahəti məsləhət görməyən xəbərdarlıq yayıb; son böhranlar isə daxili turizmi də kəskin tənəzzülə uğradıb. Belə ki, Kiş adasındakı otellərin doluluq əmsalı 30 faizin altına düşüb.

Turizm iqtisadiyyatı mütəxəssisi Mənsur Müqtədai Ticarət News-a bildirib ki, İranın problemi turistik cəlbediciliyin azlığı deyil, idarəetmədədir: turizm üzrə kompleks yol xəritəsi hələ də tətbiq edilməyib, nəqliyyat infrastrukturu zəifdir, beynəlxalq reklam isə demək olar ki, mövcud deyil. O, Türkiyəyə istinad edərək qeyd edib ki, İranın cəlbedicilik müxtəlifliyi hətta daha genişdir, lakin Türkiyə illər ərzində milli turizm brendini formalaşdırıb, qlobal reklam kampaniyaları həyata keçirib və viza verilməsini asanlaşdırıb.

O vurğulayıb ki, İran hələ fürsəti əldən verməyib, lakin bu cəlbedicilik gəlirə yalnız o zaman çevriləcək ki, siyasətçilərin baxışı gündəlik idarəetmədən uzunmüddətli planlaşdırmaya doğru dəyişsin.