ArazNews
Ana Səhifə / Dünya / Axios: İsrail Trampın Türkiyədə sui-qəsdə məruz qala biləcəyi barədə ABŞ-ı xəbərdar etmişdi
Dünya

Axios: İsrail Trampın Türkiyədə sui-qəsdə məruz qala biləcəyi barədə ABŞ-ı xəbərdar etmişdi

Axios: İsrail Trampın Türkiyədə sui-qəsdə məruz qala biləcəyi barədə ABŞ-ı xəbərdar etmişdi

İsrail Donald Trampın Ankaraya səfəri zamanı Vaşinqtona məlumat ötürdü; həmin məlumata əsasən, İslam Respublikasının bəzi rəsmiləri ABŞ prezidentinin ola biləcək sui-qəsdi barədə müzakirələr aparmışdı.

Bu xəbərdarlıq təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb oldu və Tramp Türkiyədən ayrılarkən Qətərdən yeni alınan təyyarə əvəzinə daha köhnə, lakin daha güclü texniki imkanlara malik «Air Force One» ilə uçdu. Wall Street Journal isə yeni təyyarənin müdafiə potensialına dair narahatlıqların da bu qərarda rol oynadığını yazıb.

Bununla belə, amerikalı rəsmilər bildirib ki, İsrailin məlumatı daha çox İran rəsmilərinin Trampın öldürülməsi ilə bağlı apardığı ümumi müzakirələrə işarə edirdi və icrasına hazır olan konkret bir əməliyyatın mövcudluğuna dəlalət etmirdi. Rəsmilərin bir qismi isə bu xəbərdarlığı tam etibarlı hesab etməyib.

Tramp öz növbəsində qeyd edib ki, İslam Respublikası Qasım Süleymaninin öldürülməsi əmrini verdiyi üçün illərdir ona qarşı təhdid kampaniyası aparır; o, həmçinin xəbərdar edib ki, ona qarşı hər hansı bir addım atılması halında ABŞ geniş miqyaslı hərbi cavab verəcək.