Keçən gecə Bəhreyndə təhlükə siqnalları bir neçə dəfə səslənib. Bəhreyn Daxili İşlər Nazirliyi vətəndaşlardan və ölkədə yaşayan əcnəbilərdən sakit olmalarını, ən yaxın təhlükəsiz yerə keçmələrini və xəbərləri rəsmi kanallardan izləmələrini xahiş edib.
Eyni zamanda, Səudiyyə Ərəbistanında hava müdafiə sistemlərinin fəaliyyəti də qeydə alınıb.