Tramp Ankarada çıxışı zamanı vurğulayıb ki, ABŞ dost ölkələrə qarşı sanksiya tətbiq etmək niyyətində deyil və əlavə edib: «Öz dostlarımıza qarşı sanksiya tətbiq etmək istəmirik.»
ABŞ prezidenti həmçinin iki ölkə arasındakı müdafiə əməkdaşlığına toxunaraq bildirib ki, Türkiyə ABŞ-dan təyyarə alıb. O əlavə edib: «Bir ölkə ABŞ-dan təyyarə aldıqda və bu təyyarələrin mühərrik texniki xidmətinə ehtiyac duyulduqda, bu sahədə yardım göstərmək bizim məsuliyyətimizin bir hissəsidir.»
ABŞ prezidenti həmçinin açıqlayıb ki, Vaşinqton ilə Ankara arasındakı münasibətlər hazırda ən yaxşı vəziyyətdədir və deyib: «Ehtimal ki, Türkiyə ilə münasibətlərimiz indi hər zamankından daha yaxşıdır.»
«CAATSA» («Amerika düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət» qanunu) 2017-ci ildə qəbul edilib. ABŞ isə 2020-ci ildə Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemi satın alması səbəbiylə Türkiyənin müdafiə sənayesi qurumuna və həmin ölkənin bəzi vəzifəlilərə qarşı sanksiyalar tətbiq edib.