ArazNews
Ana Səhifə / Dünya / Tramp Ərdoğanla görüşdə: Türkiyə ilə münasibətlərimiz əladır
Dünya

Tramp Ərdoğanla görüşdə: Türkiyə ilə münasibətlərimiz əladır

Tramp Ərdoğanla görüşdə: Türkiyə ilə münasibətlərimiz əladır

Tramp iki ölkə arasındakı müdafiə əməkdaşlığına işarə edərək F-35 qırıcıları ilə bağlı qərar veriləcəyini bildirib və ABŞ-Türkiyə münasibətlərinin çox yüksək səviyyədə olduğunu əlavə edib.

ABŞ prezidenti həmçinin Ərdoğanı öz "yaxşı dostu" adlandırıb və Türkiyə prezidentinin dünya üzrə hörmət qazanmış bir lider olduğunu deyib.

Tramp Türkiyənin hərbi potensialına toxunaraq bu ölkənin yüksək hərbi gücə malik olduğunu, silahlı qüvvələrinin isə "son dərəcə güclü" olduğunu vurğulayıb. O, həmçinin Türkiyənin müdafiə sənayesinin imkanlarını yüksək qiymətləndirib.

ABŞ prezidenti çıxışının digər hissəsində Ərdoğanla şəxsi münasibətlərinə toxunaraq bildirib: "Aramızda yaxşı bir əlaqələndirmə mövcuddur."

Tramp həmçinin qeyd edib ki, görüş Türkiyədə keçirilməsəydi, onda iştirak etməyə bilərdi. Ankaranın ev sahibliyi roluna işarə edən Tramp bu görüş üçün geniş hazırlıq işlərinin aparıldığını əlavə edib.