ArazNews
Ana Səhifə / Azərbaycan / Azərbaycanın qərb bölgəsində 11 terrorist məhv edilib
Azərbaycan

Azərbaycanın qərb bölgəsində 11 terrorist məhv edilib

Azərbaycanın qərb bölgəsində 11 terrorist məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) qüvvələri ilə İran Kürdüstan Demokrat Partiyası (İKDP) terrorçu qrupunun üzvləri arasında Xana «Piranşəhr» və Sarıdaş «Sərdeşt» şəhərlərində baş verən iki ayrı toqquşma zamanı həmin qrupun 11 üzvü məhv edilib.

Hana insan hüquqları təşkilatına istinadən bildirilir ki, altı nəfər Xana «Piranşəhr» bölgəsinin Qızqapan ərazisində, digər beş nəfər isə Sarıdaş «Sərdeşt»in Musallan kəndində İİKK qüvvələrinin qurduğu pusquya düşərək toqquşma zamanı həlak olub.

Bu yaxınlarda «Amerika Səsi»nin fars dilindəki «Dərinlik Sahəsi» («Omq-e Meydân») proqramında İran Kürdüstan Demokrat Partiyasının mövqelərinin əks olunması geniş əks-sədaya səbəb olub. Həmin mövqelərə görə, partiya Tehrana doğru hər hansı yerüstü əməliyyatı rədd edir və bunun əvəzinə qüvvələrin Azərbaycan Qərbi ostanında yerləşən Azərbaycan şəhərlərinə yönəldilməsini və orada əməliyyatların aparılmasını təklif edir.