ABŞ Silahlı Qüvvələri Birləşik Qərargahının rəisi general Den Keyn, NATO sammitində iştirak etmək üçün Ankaraya gələrək Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib və ona hörmətini bildirib.
Anadolu agentliyinə istinadən xəbər verilir ki, general Keyn Anıtkəbiri ziyarət etdikdən sonra kompleksin xatirə kitabında yazıb: «ABŞ xalqının nümayəndəsi olaraq, Türkiyə Respublikasının böyük və görkəmli lideri Mustafa Kamal Atatürkə və türk xalqına dərin hörmət və heyranımı bildirmək böyük şərəf və iftixardır.»
ABŞ Silahlı Qüvvələri Birləşik Qərargahının rəisi həmçinin nümayəndə heyəti ilə birlikdə Atatürkün məzarı önünə gül çələngi qoyduqdan sonra xatirə mərasimində iştirak edib. Bu səfər NATO-nun Ankarada keçirilən sammitinə qatılan ittifaqın üzv ölkələrinin yüksək vəzifəli rəsmilərinin iştirakı çərçivəsində həyata keçirilib.