ArazNews
Ana Səhifə / İran / İranın müdafiə nazirinin müavini: ABŞ atəşkəsi pozarsa, cavab verəcəyik
İran

İranın müdafiə nazirinin müavini: ABŞ atəşkəsi pozarsa, cavab verəcəyik

İranın müdafiə nazirinin müavini: ABŞ atəşkəsi pozarsa, cavab verəcəyik

Məcid İbn əl-Riza Yaşar Gülər ilə telefon danışığında regiondakı son hadisələri, atəşkəsin icrası gedişatını və Tehran ilə Ankara arasındakı müdafiə və təhlükəsizlik əməkdaşlığını müzakirə edib.

İslam Respublikasının müdafiə nazirinin müavini ABŞ-ın öhdəliklərini yerinə yetirməməsinin keçmiş nümunələrinə istinad edərək bildirib ki, Tehran Vaşinqtona etibar etmir və razılaşma pozularsa, müvafiq reaksiya göstərəcək.

O həmçinin İran, Türkiyə və regionun digər ölkələri arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də söhbət zamanı atəşkəsin tam icrasını və diplomatik prosesin davam etdirilməsini dəstəklədiyini bildirib, regionun təhlükəsizliyinin bölgə ölkələrinin əməkdaşlığı vasitəsilə təmin edilməli olduğunu qeyd edib.

Türkiyənin müdafiə naziri həmçinin Ankaranın terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi və digər regional məsələlər sahəsində İranla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.