ArazNews
Ana Səhifə / Bölgə / İslam Respublikası SENTKOMun regionun ölkələri ilə keçirdiyi təhlükəsizlik görüşünü «nümayiş» adlandırıb
Bölgə

İslam Respublikası SENTKOMun regionun ölkələri ilə keçirdiyi təhlükəsizlik görüşünü «nümayiş» adlandırıb

İslam Respublikası SENTKOMun regionun ölkələri ilə keçirdiyi təhlükəsizlik görüşünü «nümayiş» adlandırıb

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ABŞ Mərkəzi Hərbi Komandanlığının (SENTKOM) Bəhreyndə keçirdiyi son regional təhlükəsizlik görüşünə münasibətini bildirərək bu toplantını ABŞ-ın regiondakı siyasətlərini ört-basdır etmək cəhdi kimi xarakterizə edib və region ölkələrini sayıqlığa çağırıb.

Bəqainin X sosial şəbəkəsindəki paylaşımında qeyd olunur ki, ABŞ «Qərbi Asiyada real sülh və təhlükəsizliyə qarşı həmişə tam laqeydliyini nümayiş etdirib» və bu cür görüşlər ABŞ-ın regionda sabitliyi pozan siyasətlərini və beynəlxalq hüquq normalarından kənar addımlarını gizlətmək üçün atılan «siyasi nümayiş»dən başqa bir şey deyil.

İran XİN sözçüsü əlavə edib ki, region ölkələri «ABŞ-ın və İsrailin son hərbi təcavüzlərindən» və regionun sülhü ilə təhlükəsizliyinə qarşı yönəlmiş dağıdıcı addımlardan ibrət almalı, hadisələri daha böyük diqqət və sayıqlıqla izləməlidir.

Bu reaksiya SENTKOM-un Bəhreyndə on iki ölkənin hərbi komandanlarının iştirakı ilə regional təhlükəsizlik görüşü keçirildiyini açıqlamasından sonra ortaya çıxıb. SENTKOM-un məlumatına görə, Suriyə və Livan hərbi komandanları ilk dəfə olaraq ABŞ rəhbərliyi altında keçirilən müdafiə görüşündə iştirak edib.