Suriya xarici işlər naziri Əsəd əş-Şeybani Beyruta səfəri çərçivəsində ilk dəfə olaraq Livan parlamentinin sədri və Hizbullah müttəfiqləri arasında yer alan Nəbih Bərri ilə görüşüb və danışıqlar aparıb.
Times of Israel-ə istinadən bildirilir ki, bu səfər Dəməşqin bir daha Livana hər hansı hərbi müdaxilə niyyəti daşımadığını vurğuladığı bir dövrə təsadüf edib. Bu mövqe ABŞ prezidenti Donald Trampın dəfələrlə "Suriya Hizbullahı tamamilə aradan qaldıra bilər" dediyini və İranın dəstəklədiyi bu qrupla müharibədə İsrailin strategiyasını tənqid etdiyi bir şəraitdə səslənib.
Suriya prezidenti Əhməd əş-Şərə daha əvvəl yeni Suriya hökumətinin keçmiş məsələləri yenidən gündəmə gətirmək və ya Livana müdaxilə etmək niyyətinin olmadığını elan etmişdi. Bəşər Əsəd rejiminin süqutundan sonra hakimiyyətə gələn yeni Dəməşq rəsmiləri Hizbullaha qarşı düşmənçilik mövqeyi tutub və bu qrupa bağlı xücrə üzvlərinin tutulması barədə məlumat veriblər. Hizbullah isə Suriyada hər hansı hərbi varlığını rədd edir.