ArazNews
Ana Səhifə / Dünya / ABŞ daxili təhlükəsizlik naziri: İslam Respublikası milli futbol komandasının ABŞ-dan getməsindən çox məmnunam
Dünya

ABŞ daxili təhlükəsizlik naziri: İslam Respublikası milli futbol komandasının ABŞ-dan getməsindən çox məmnunam

ABŞ daxili təhlükəsizlik naziri: İslam Respublikası milli futbol komandasının ABŞ-dan getməsindən çox məmnunam

ABŞ daxili təhlükəsizlik naziri Markuayn Molin bazar ertəsi, iyulun 8-də İslam Respublikasının milli futbol komandasının ölkə ərazisini tərk etməsindən məmnunluğunu ifadə edib.

Molin jurnalistlərlə söhbətində ABŞ hökumətinin bu komandaya münasibətini müdafiə edərək bildirib: «Onların artıq getməsindən çox xoşhalıyam.»

O əlavə edib ki, heç bir komanda İslam Respublikasının komandası qədər ABŞ üçün problem yaratmayıb və həmin komandasının işi artıq bitib.

ABŞ daxili təhlükəsizlik naziri komanda üzvlərinin vizalarının ləğvi ilə bağlı deyib: «Onların vizalarını ləğv edə bildiyimiz və ABŞ ərazisini tərk etmələrini tələb etdiyimiz zaman çox sevindim; hətta bir-iki mahnı da oxumuşam ya sevincdən rəqs etmişəm.»

İslam Respublikasının futbol rəsmiləri bundan əvvəl, Dünya Kuboku zamanı, ABŞ hökumətinin tətbiq etdiyi məhdudiyyətlərin komandalarını rəqabət baxımından əlverişsiz vəziyyətə saldığından şikayət etmişdilər.