ArazNews
Ana Səhifə / Bölgə / Lübnan daxili işlər naziri Beyrutun hava limanına aparan yoldan Xameneinin posterlərinin yığışdırılması barədə göstəriş verib
Bölgə

Lübnan daxili işlər naziri Beyrutun hava limanına aparan yoldan Xameneinin posterlərinin yığışdırılması barədə göstəriş verib

Lübnan daxili işlər naziri Beyrutun hava limanına aparan yoldan Xameneinin posterlərinin yığışdırılması barədə göstəriş verib

Lübnanın daxili işlər naziri Əhməd Həccar, Beyrut Rafiq Hariri Beynəlxalq Hava Limanına aparan yolda asılmış banner və posterlərin yığışdırılması barədə göstəriş verdiyini açıqlayıb. Sözügedən posterlər son günlərdə Əli Xameneinin və Müctəba Xameneinin şəkilləri ilə birlikdə «Sadiq İrana minnətdarlıq» şüarı yazılaraqla həmin ərazidə nəsb edilmişdi.

Həccar cümə axşamı günü bildirdi ki, bu addım ictimai məkanların nizamlanması, reklam və ictimai yerlərdə lövhə nəsb edilməsinə dair qanun və qaydaların icrası çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, müvafiq məsul şəxslərə növbəti iki gün ərzində həmin posterləri hava limanına aparan yoldan yığışdırmaq tapşırılıb.

Sözügedən posterlər keçən günlərdə Beyrut hava limanına aparan yolda asılmış və Lübnan mediasının həmçinin ictimai rəyin diqqətini cəlb etmişdi. Bannerlər İslam Respublikasının ali rəhbərinin və onun oğlunun şəkillərindən əlavə, Tehranın dəstəyinə görə minnətdarlıq mesajları da daşıyırdı.