ArazNews
Ana Səhifə / Dünya / Çin İran neftinin alışını azaldıb, ixrac son illərin minimumuna enib
Dünya

Çin İran neftinin alışını azaldıb, ixrac son illərin minimumuna enib

 Çin İran neftinin alışını azaldıb, ixrac son illərin minimumuna enib


Çində tələbatın azalması fonunda İran neftinin qiyməti son aylarda ilk dəfə endirimli satış mərhələsinə daxil olub. Eyni zamanda İran rejiminin neft ixracı da son illərin ən aşağı səviyyəsinə düşüb.

ArazNews-un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, İranın yüngül nefti Çinin Şandun əyalətindəki neft emalı zavodlarına Brent markalı neftdən 50 sentdən 1 dollara qədər aşağı qiymətlə təklif edilir. Halbuki son iki ay ərzində bu neft daha yüksək qiymətlə satılırdı.


Kpler institutunun məlumatlarına əsasən, may ayında Çinin İrandan neft idxalı gündəlik 1,1 milyon barel olub. Bu göstərici son 16 ayın ən aşağı səviyyəsi hesab edilir. Eyni zamanda İran rejiminin neft ixracı gündəlik təxminən 260 min barelə qədər geriləyib ki, bu da son altı ilin minimum göstəricisidir.


Ekspertlər bu vəziyyəti Çin neft emalı zavodlarında tələbatın azalması, gəlirliliyin aşağı düşməsi və ABŞ-ın İran neft ixracına qarşı təzyiqlərindən qaynaqlanan məhdudiyyətlərlə izah edirlər. Onların fikrincə, bu tendensiya İran rejiminin valyuta gəlirlərinə daha ciddi təzyiq göstərə bilər.