İran rejimi Hörmüz boğazından keçid üçün yeni ödəniş sistemi hazırlayır

5 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran rejimi Hörmüz boğazından keçid üçün yeni ödəniş sistemi hazırlayır


İran rejiminin parlamentində Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi Tehranın Hörmüz boğazında gəmilərin hərəkətini idarə etmək üçün yeni mexanizm hazırladığını və bunun detallərinin yaxın zamanda açıqlanacağını bildirib.


Araz News-un məlumatına görə, Əzizi X sosial şəbəkəsində yazıb ki, yalnız ticarət gəmiləri və İranla əməkdaşlıq edən tərəflər bu mexanizmdən istifadə edə biləcək və göstərilən xidmətlərə görə ödəniş alınacaq.


Eyni zamanda İran rejiminin xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, İranla müharibə Vaşinqton üçün daha ağır iqtisadi nəticələr doğuracaq. Buna qarşılıq Donald Tramp deyib ki, ABŞ qərar verərsə, iki gün ərzində İranın infrastrukturunu tam hədəfə ala bilər, amma hələ də qeyri-hərbi həll yoluna üstünlük verir.